ABŞ Hərbi Hava Qüvvələri pilotlu döyüş təyyarələrinin pilotsuz təyyarələrlə əvəzlənməsi istiqamətində ilk addımı atıb. “General Atomics” və “Anduril” şirkətləri tərəfindən “Collaborative Combat Aircraft” proqramı çərçivəsində yaradılmış YFQ-42A və YFQ-44 qırıcı-dron prototipləri rəsmi olaraq xidmətə qəbul edilib.
Herbiand.az bildirir ki, bu barədə Techkult xəbər verib.
ABŞ Hərbi Hava Qüvvələrindən bildirilib ki, bu, döyüş aviasiyası tarixində ilk dəfə pilotsuz təyyarələrin pilotlu qırıcılarla “eyni formada” olmasıdır,. Onlar F-16 Fighting Falcon-un təxminən yarısı ölçüsündə olsalar da, müqayisə edilə bilən performans xüsusiyyətlərinə malikdirlər və bu, onlara F-22 Raptor və F-35 Lightning II ilə birgə döyüş tapşırıqlarını yerinə yetirməyə imkan verir.
Hələlik onlardan pilotsuz nəqliyyat vasitələrinin istehsalı üçün lazım olan məlumatları toplamaq üçün uçan laboratoriyalar kimi istifadə olunacaq.
Bəxtiyar CƏFƏRLİ