AZ

“Qarabağ”ın sabiq qapıçısı 1 milyon avroya klubunu dəyişdi

Ötən mövsümün sonunda “Qarabağ”dan ayrılaraq Yunanıstanın “Panserraikos” komandasına keçən gürcüstanlı qapıçı Luka Quqeşaşvili yayda klubunu dəyişəcək.

Msport.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı qolkiper PAOK-la 3 illik müqavilə imzalayıb.

Saloniki təmsilçisi bu keçid üçün qarşı tərəfə 1 milyon avro təzminat ödəyib.

Qeyd edək ki, Luka Quqeşaşvili 2022-ci ildən 2024-cü ilin yayınadək “Qarabağ”da çıxış edib.

Seçilən
133
2
msport.az

10Mənbələr