"Qarabağ"ın sabiq futbolçusu, hazırda Yunanıstanın "Panserraikos" klubunda çıxış edən Luka Quqeşaşvilinin mövsümün sonunda komandasını dəyişəcəyi haqda xəbər vermişdik.
Gürcüstan millisinin üzvü yeni mövsümdən Yunanıstanın köklü klublarından olan PAOK-da çıxış edəcək.
News24.az Yunanıstanın BMG nəşrinə istinadən xəbər verir ki, artıq 25 yaşlı qolkiper üçün təzminat məbləği də ödənilib. Saloniki təmsilçisinin gürcü qapıçı üçün onun hazırkı klubuna 1 milyon avro təzminat ödədiyi bildirilib.
Qeyd edək ki, Luka Quqeşaşvili 2022-ci ildən 2024-cü ilin yayınadək "Qarabağ"da çıxış edib. Bu mövsüm Yunanıstan Superliqasında 25 oyun keçirən Luka 5 matçda qapısını toxunulmaz saxlayıb./qol.az