AZ

Tramp Baydenin övladlarını bundan məhrum etdi

Donald Tramp keçmiş prezident Co Baydenin övladları Hanter Bayden və Eşli Bayden üçün Məxfi Xidmətin mühafizəsini ləğv edib.

 Tramp bu barədə "Truth Social" hesabında yazıb.

Onun sözlərinə görə, Hanter və Eşli Məxfi Xidmət tərəfindən qorunan şəxslərin siyahısından çıxarılacaq.

"Bu andan etibarən Hanter Bayden daha Məxfi Xidmətin mühafizəsi altında olmayacaq. Eşli Bayden də siyahıdan çıxarılacaq", - paylaşımda deyilir.

 

Seçilən
63
10
7news.az

10Mənbələr