ABŞ Prezidenti Donald Tramp Vyetnamın danışıqlara açıq olduğunu və ABŞ tariflərini sıfıra endirməyə hazır olduğunu bəyan edib.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Tramp “Truth Social” hesabında yazıb.
“Vyetnam Kommunist Partiyasının baş katibi To Lam ilə indicə çox məhsuldar bir telefon danışığı oldu. O mənə dedi ki, Vyetnam ABŞ ilə razılığa gələ bilsə, tariflərini sıfıra endirmək istəyir. Ölkəmiz adından ona təşəkkür etdim və yaxın gələcəkdə görüşü səbirsizliklə gözlədiyimi bildirdim”- Ağ Ev rəhbəri bildirib.
Qeyd edək ki, Tramp Vyetnamdan idxal edilən mallara 46% yeni tarif tətbiq edib.