ABŞ Prezidenti Donald Tramp iri biznes nümayəndələrinin onun administrasiyası tərəfindən tətbiq edilən idxal tariflərindən narahat olmadığına əmin olduğunu bildirib.
"Report" xəbər verir ki, bu barədə o, "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Böyük bizneslər tariflərə əhəmiyyət vermirlər, çünki onlar burada birdəfəlik qalmaq üçün gəldiklərini bilirlər, lakin onlar iqtisadiyyatımızı kəskin şəkildə gücləndirəcək böyük, gözəl sövdələşməyə fokuslanıblar. Bu vacibdir. Bu, hazırda baş verir", - paylaşımda qeyd olunur.