AZ

Avtobusdan düşən gənc qızı maşın vurdu 

Şamaxıda gənc qızı avtomobil vurub.

Hadisə Məlikçobanlı kəndində qeydə alınıb.

Şamaxı rayon sakini 18 yaşlı Xəlilova Güldanə Aqşin qızı sərnişin avtobusundan düşüb yolu keçərkən avtomobil onu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan zərərçəkən əvvəlcə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Sonra isə Bakıdakı Kliniki Tibbi Mərkəzə göndərilib.

Vəziyyətinin ağır olduğu bildirilir. /Lent.az


Seçilən
106
10
referans.az

10Mənbələr