AZ

Avtobusdan düşən gənc qızı maşın vurdu: Vəziyyəti ağırdır

Şamaxıda gənc qızı "Ford" markalı avtomobil vurub.

“Cebheinfo.az” xəbər verir  ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, Şamaxı rayon sakini olan 2007-ci il təvəllüdlü Güldanə Aqşin qızı Xəlilova Məlikçobanlı kəndində avtobusundan düşüb, yolu keçərkən Nəcəf Xudaverdiyevin idarə etdiyi avtomobil onu vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan zərərçəkən Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. O, daha sonra isə Bakıdakı Kliniki Tibbi Mərkəzə göndərilib.

Vəziyyətinin ağır olduğu deyilir.

“Cebheinfo.az”

Seçilən
117
10
cebheinfo.az

10Mənbələr