AZ

41 yaşlı qadın bıçaqlanaraq öldürdü

Lənkəranda 41 yaşlı qadın bıçaqlanıb.   Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında Lənkəran şəhəri ərazisində baş verib. Şəhər sakini 1984-cü il təvəllüdlü Günel Allahverdi qızı Tahirova döş qəfəsinin divarının çoxsaylı yaraları diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Çoxlu qan itirən G.Tahirova dərhal əməliyyat blokuna alınıb. Həkimlərin səylərinə baxmayaraq, o, əməliyyat zamanı ölüb. İlkin məlumata görə, qadın ailə münaqişəsi zəminində yoldaşı tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
47
4
manset.az

5Mənbələr