AZ

Lənkəranda bıçaqlanan 41 yaşlı qadın ölüb

Lənkəran, 19 mart, İlkin Adıyev, AZƏRTAC

Lənkəranda bıçaqlanan 41 yaşlı qadın ölüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə gecə saatlarında Lənkəran şəhəri ərazisində baş verib. Lənkəran şəhər sakini, 1984-cü il təvəllüdlü Günel Allahverdi qızı Tahirova döş qəfəsinin divarının çoxsaylı yaraları diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Çoxlu qan itirən G.Tahirova dərhal əməliyyata alınıb. Həkimlərin səylərinə baxmayaraq, o, əməliyyat zamanı ölüb.

İlkin məlumata görə, qadın yoldaşı tərəfindən ailə münaqişəsi zəminində bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
53
4
azertag.az

3Mənbələr