AZ

Mart ayının bütün sosial ödənişləri yekunlaşıb - RƏSMİ

Novruz və Ramazan bayramları ilə əlaqədar mart ayının bütün sosial ödənişləri qrafikdən əvvəl ödənilməklə yekunlaşdırılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bu gün bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları, eləcə də müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımların ödənişi tam başa çatdırılıb.

Martın 7-də Bakı, Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunda yaşayan pensiyaçıların pensiyaları ödənilib.

Beləliklə, bu ay üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi qrafikdən əvvəl yekunlaşdırılıb.


Telegram kanalımız
Seçilən
75
44
yenisabah.az

10Mənbələr