AZ

Pensiya və sosial yardım alanların nəzərinə!

Dövlət Sosial Müdafiə Fondu tərəfindən Novruz və Ramazan bayramları ilə əlaqədar mart ayının bütün sosial ödənişləri qrafikdən əvvəl ödənilməklə yekunlaşdırılıb.

Publika.az xəbər verir ki, bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu gün bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları, eləcə də müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımların ödənişi tam başa çatdırılıb.

Bundan əvvəl isə martın 7-də Bakı, Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunda yaşayan pensiyaçıların pensiyaları ödənilib.

Seçilən
49
44
publika.az

10Mənbələr