Xəbər verdiyimiz kimi, dünən günorta saatlarında Bakı şəhər Sabunçu rayonu Kürdəxanı qəsəbəsində güclü yanğın olub.
Day.Az xəbər verir ki, hadisə nəticəsində yanan evin qəsəbə sakini 1950-ci il təvəllüdlü Sevil Ağaəli qızı Səlimovaya məxs olması müəyyənləşib.
Aparılan ilkin araşdırmalarla yanaraq vəfat edən şəxslərin ev sahibi S.Səlimova, onun qızı 1980-ci il təvəllüdlü Nailə və nəvəsi 2013-cü il təvəllüdlü Hüseyn olması məlum olub.
Faktla bağlı araşdırmalar aparılır.