AZ

Bakıda ana, qızı və nəvəsi yanaraq öldü 

  Dünən günorta saatlarında Bakı şəhər Sabunçu rayonu Kürdəxanı qəsəbəsində güclü yanğın olub.

Hadisə nəticəsində qəsəbə sakini 1950-ci il təvəllüdlü Sevil Ağaəli qızı Səlimovanın ümumi sahəsi 85 kvadrat metr olan evi tamamilə yanıb.

Hadisədən sonra evdən 3 nəfərin yanmış meyiti tapılıb.

Aparılan ilkin araşdırmalarla yanaraq vəfat edən şəxslərin ev sahibi S.Səlimova, onun qızı 1980-ci il təvəllüdlü Nailə və nəvəsi 2013-cü il təvəllüdlü Hüseyn olması müəyyənləşib.

Faktla bağlı araşdırmalar aparılır.


Seçilən
28
13
referans.az

10Mənbələr