Bakı. Trend:
Bu ilin yanvar ayında Azərbaycana Vyetnamdan 13 min 718 ədədsmartfon idxal edilib.
Trend-inDövlət Statistika Komitəsinin açıqladığı məlumatlar əsasındaapardığı hesablamalara görə, bu sayda smartfonların idxalınaçəkilən xərc 5 milyon ABŞ dolları olub.
Vyetnamdan smartfon idxalı ötən ilin eyni dövrü ilə müqayisədəmiqdar ifadəsi ilə 11 min 88 ədəd və ya 44,7%, dəyər ifadəsi ilə2,4 milyon ABŞ dolları, yaxud da 32% azalıb.
Belə ki, ötən ilin ilk ayında Azərbaycana Vyetnamdan 7,4 milyonABŞ dolları dəyərində 24 min 806 ədəd smartfon gətirilib.
Bu ilin yanvarında idxal olunan smartfonun bir ədədi üçün ortaqiymət 366,6 ABŞ dolları olub ki, bu da, illik müqayisədə 68,2 ABŞdolları və ya 22% bahadır. Ötən ilin müvafiq dövründə bu qiymət298,4 ABŞ dolları idi.
Qeyd edək ki, cari ilin birinci ayında Azərbaycana 26 milyon ABŞdolları dəyərində 107 min 675 ədəd smartfon gətirilib. SmartfonlarÇindən, Hindistandan, Koreyadan, Vyetnamdan idxal edilib.