AZ

Hindistandan Azərbaycana smartfon idxalı 9 dəfə azalıb - Qiymət bahalaşıb

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycana Hindistandan 792 ədəd smartfonidxal edilib.

Trend-inDövlət Statistika Komitəsinin açıqladığı məlumatlar əsasındaapardığı hesablamalara görə, bu sayda smartfonların idxalınaçəkilən xərc 272,8 min ABŞ dolları olub.

Hindistandan smartfon idxalı ötən ilin eyni dövrü ilə müqayisədəmiqdar ifadəsi ilə 6 min 341 ədəd və ya 9 dəfə, dəyər ifadəsi ilə1,24 milyon ABŞ dolları, yaxud da 5,5 dəfə azalıb.

Belə ki, ötən ilin ilk ayında Azərbaycana Hindistandan 1,5milyon ABŞ dolları dəyərində 7 min 133 ədəd smartfon gətirilib.

Bu ilin yanvarında Hindistandan idxal olunan smartfonun birədədi üçün orta qiymət 344,4 ABŞ dolları olub ki, bu da, illikmüqayisədə 132,2 ABŞ dolları və ya 62% bahadır. Ötən ilin müvafiqdövründə bu qiymət 212,1 ABŞ dolları idi.

Qeyd edək ki, cari ilin birinci ayında Azərbaycana 26 milyon ABŞdolları dəyərində 107 min 675 ədəd smartfon gətirilib. SmartfonlarÇindən, Hindistandan, Koreyadan, Vyetnamdan idxal edilib.

Seçilən
32
7
az.trend.az

8Mənbələr