AZ

AFFA "Neftçi"nin şikayətini təmin etməyib

"Neftçi"nin futbolçusu Bassalu Sambu ilə bağlı apellyasiya şikayəti təmin edilməyib.
Bolgə.TV xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin hücumçu ilə bağlı çıxardığı 2 oyunluq cəza və 1500 manat cərimə qüvvədə saxlanılıb.
Qeyd edək ki, Bassalu Sambu Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununun 58-ci dəqiqəsində ciddi qayda pozuntusuna yol verdiyi üçün birbaşa qırmızı vərəqə ilə cəzalanmışdı.

Seçilən
19
10
bolge.tv

10Mənbələr