AZ

Ağdamda iki nəfər mübahisə zəminində bıçaqlandı

Ağdamda iki nəfər bıçaqlanıb.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində yerləşən Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin qarşısında baş verib.

Ağdam rayon sakinləri – 2007-ci il təvəllüdlü Şirinov Turan Aqşin oğlu və 2005-ci il təvəllüdlü Allahverdiyev Yaqub Elnur oğlu mübahisə zamanı bədənin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri alıblar.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir

Faktla bağlı araşdırma başlanıb.//Report

Seçilən
33
14
konkret.az

10Mənbələr