AZ

Ağdamda iki gənc BIÇAQLANDI

Ağdamda iki nəfər bıçaqlanıb.

Bizim.Media report-a istinadən xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində yerləşən Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin qarşısında baş verib.
 

Yaranmış mübahisə zamanı Ağdam rayon sakinləri - 2007-ci il təvəllüdlü Şirinov Turan Aqşin oğlu və 2005-ci il təvəllüdlü Allahverdiyev Yaqub Elnur oğlu bədənin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri alıb.


Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma başlanıb.

Bizim.Media

Seçilən
12
14
bizim.media

10Mənbələr