Ermənistanın baş naziri Nikol Paşinyan sakinlərin bir çoxunun ölkənin ərazisini tanımamaqda ittiham edib.
Mia.az xəbər verir ki, o, ölkənin 29.743 kvadrat kilometrlik ərazisinin çoxlarına aydın olmadığını deyib:
"Əsl Ermənistan beynəlxalq səviyyədə tanınmış ərazisi və sərhədləri olan Ermənistan Respublikasıdır. Bu çox sadə ifadə kimi görünür, amma son illər bu rəqəmin bir çoxumuza tanış olmadığını görəndə təəccübləndim: 29.743 kvadrat kilometr çoxumuza tanış deyil”, - baş nazir "Real Ermənistan" ideologiyası layihəsinin ikinci müzakirəsi zamanı deyib.
"Sual yaranır: niyə bu rəqəm bizə tanış deyil, çünki bu, dövlətimizin beynəlxalq səviyyədə tanınmış ərazisidir? Bir sıra məlum vəziyyətlərdə tənqid səsləndi: niyə mən bu və ya digər ölkənin ərazi bütövlüyünü tanıdım? Bunun motivasiyası nədir? Bildirmək istəyirəm ki, bunun üçün ən vacib motivasiya özümüzün əvvəlcə ölkəmizin ərazi bütövlüyünü tanımağımız idi", - o deyib(Report).