AZ

Paşinyan yenə 29 743 kvadrat kilometrdən danışdı

“Əsl Ermənistan beynəlxalq səviyyədə tanınmış ərazisi və sərhədləri olan Ermənistan Respublikasıdır. Bu, çox sadə ifadə kimi görünür, amma son illər məni çox təəccübləndirdi ki, bu rəqəmlə - 29 743 kvadrat kilometrlə tanış deyilik”.

“Cebheinfo.az” xəbər verir ki,  bunu ölkənin Baş naziri Nikol Paşinyan “Real Ermənistan” ideologiyası layihəsinin ikinci müzakirəsi zamanı deyib.

“Burada növbəti sual yaranır: niyə bu rəqəm bizə tanış deyil? Axı bu, dövlətimizin beynəlxalq səviyyədə tanınmış ərazisidir. Bir sıra məlum situasiyalarda tənqidlər oldu ki, mən niyə bu və ya digər ölkənin ərazi bütövlüyünü tanıdım? Bunun üçün motivasiya nədir? Bildirmək istəyirəm ki, bunun üçün ən mühüm motiv o idi ki, ilk növbədə özümüz ölkəmizin ərazi bütövlüyünü tanımalıyıq”.

Seçilən
10
3
cebheinfo.az

10Mənbələr