İranın xarici işlər naziri Abbas Erakçi ABŞ prezidenti Donald Trampın İran lideri Ayətullah Əli Xameneiyə yazdığı məktuba yaxın günlərdə cavab verəcəklərini bildirib.
Turkustan.az xəbər verir ki, İran dövlət televiziyasına danışan Erakçi mövzu ilə bağlı məlumat verib.
Məlumata görə, Tramp İrana yeni nüvə razılaşmasına nail olmaq üçün 2 ay vaxt verib. Erakçi: "Təzyiq, təhdid və artan sanksiyalar altında qətiliklə birbaşa danışıqlara girməyəcəyik. Yaxın günlərdə Trampın məktubuna cavab verəcəyik və lazımı kanallarla çatdıracağıq"- deyə, bildirib.
Bildirək ki, Tramp martın 7-də “Fox Business Network”ə müsahibəsində İran lideri Əli Xameneiyə məktub göndərdiyini açıqlayıb.
“Mən onlara məktub yazdım, ümid edirəm ki, danışıqlar aparacaqsınız, çünki hərbi yolla girməli olsaq, bu, dəhşətli bir şey olacaq”-deyə, ABŞ lideri bildirmişdi.
Aytən Yaşar/ Turkustan.az