AZ

Ötən gecə iki nəfərə bıçaqla xəsarət yetirərək qaçan kollec tələbəsi saxlanılıb

Ötən gün 2 nəfərə bıçaqla xəsarət yetirərək qaçan Abdullasoylu Həsən Zaur oğlu polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb edilib.

"Report" - un Qarabağ Bürosunun əldə etdiyi məlumata görə, H.Abdullasoylu Ağdam Dövlət Sosial - İqtisadi Kollecinin Fiziki Tərbiyə Müəllimliyinin ikinci kursunda təhsil alır. 

Qeyd edək ki, saxlanılan şəxs ötən gecə aralarında yaranmış mübahisə zamanı Ağdam rayon sakinləri 2007-ci il təvəllüdlü Şirinov Turan Aqşin oğlu və 2005-ci il təvəllüdlü Allahverdiyev Yaqub Elnur oğluna bıçaq zərbələri endirib.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma başlanıb.

"Cebheinfo.az" 

Seçilən
9
5
cebheinfo.az

8Mənbələr