Ötən gün 2 nəfərə bıçaqla xəsarət yetirərək qaçan Abdullasoylu Həsən Zaur oğlu polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb edilib...
"Report" - un Qarabağ Bürosunun əldə etdiyi məlumata görə, H.Abdullasoylu Ağdam Dövlət Sosial - İqtisadi Kollecinin Fiziki Tərbiyə Müəllimliyinin ikinci kursunda təhsil alır.
Qeyd edək ki, saxlanılan şəxs ötən gecə aralarında yaranmış mübahisə zamanı Ağdam rayon sakinləri 2007-ci il təvəllüdlü Şirinov Turan Aqşin oğlu və 2005-ci il təvəllüdlü Allahverdiyev Yaqub Elnur oğluna bıçaq zərbələri endirib.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma başlanıb.
Poliqon.info