AZ

Moskva Bakıya "Rus Evi" ilə bağlı təkliflər təqdim edib

Rusiya Bakıdakı "Rus Evi" ətrafında yaranmış vəziyyətin həlli ilə bağlı təkliflərini Azərbaycan tərəfinə çatdırıb və konstruktiv qarşılıqlı yanaşma gözləyir.

Far.Az report-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

"Mövcud vəziyyətin həlli ilə bağlı (Bakıdakı Rus Evi ətrafında – Qeyd) təkliflərimiz tərəfdaşlarımıza çatdırılıb. Biz Azərbaycan tərəfinin konstruktiv yanaşmasına və hansısa kompromis həllin tezliklə əldə olunmasına ümid edirik", - deyə o, fikrini yekunlaşdırıb.

Seçilən
142
13
far.az

10Mənbələr