AZ

Cəlilabadda evdə doğuş edən qadın vəfat edib

Cəlilabad rayonunun Soyuqbulaq kəndində evdə doğuş edən qadın dünyasını dəyişib.

“Report”un Muğan bürosunun məlumatına görə, kənd sakini, Nahidə Abasovanın doğuşdan sonra səhhətində problemlər yarandığı üçün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Qadın bir həftə xəstəxananın reanimasiya şöbəsində müalicə olunub. Həkimlərin səylərinə baxmayaraq, qadın bu gün xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az" 

Seçilən
18
13
cebheinfo.az

10Mənbələr