AZ

Cəlilabadda evdə doğuş edən qadın vəfat edib

Cəlilabad rayonunun Soyuqbulaq kəndində evdə doğuş edən qadın dünyasını dəyişib.

Bakıvaxtı.az-ın məlumatına görə, kənd sakini, 1999-cu il təvəllüdlü Nahidə Abasovanın doğuşdan sonra səhhətində problemlər yarandığı üçün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Qadın bir həftə xəstəxananın reanimasiya şöbəsində müalicə olunub. Həkimlərin səylərinə baxmayaraq, qadın bu gün xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır./teport

Seçilən
30
13
bakivaxti.az

10Mənbələr