AZ

Bayramı qeyd etməyə getmişdi - AİLƏ FACİƏSİ

Biləsuvarda babasıgilə Novruz bayramını qeyd etməyə gedənuşaq ağır xəsarət alıb

"Referans" bildirir ki, unikal-ın məlumatına görə, hadisə Biləsuvarın Aşağı Cürəli kəndində qeydə alınıb.

Belə ki, Bakıda yaşayan ailə doğma kəndinə Novruz bayramını qeyd etmək üçün gəlib. Ailənin 6 yaşlı övladı G. N. Niyaməddin qızı ehtiyatsızlıqdan pilləkandan yıxılıb.

Ağır xəsarət alan uşaq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.


Faktla bağlı araşdırma aparılır.

Seçilən
10
2
referans.az

3Mənbələr