Biləsuvarda babasıgilə Novruz bayramını qeyd etməyə gedənuşaq ağır xəsarət alıb
BAKU.WS unikal-a istinadən xəbər verir ki, hadisə Biləsuvarın Aşağı Cürəli kəndində qeydə alınıb.
Belə ki, Bakıda yaşayan ailə doğma kəndinə Novruz bayramını qeyd etmək üçün gəlib. Ailənin 6 yaşlı övladı G. N. Niyaməddin qızı ehtiyatsızlıqdan pilləkandan yıxılıb.
Ağır xəsarət alan uşaq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.