AZ

Tovuzda qadın 1 yaşlı körpəni 3 gün evdə TƏK QOYDU

Vətəndaşlar tərəfindən Tovuz rayon Polis Şöbəsinə kənd ərazisində yerləşən mənzillərin birində valideyni tərəfindən tənha buraxılan azyaşlının olması barədə məlumat daxil olub.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə Regional Qrupundan bildirilib.

"Dərhal polis əməkdaşları sözü gedən ünvana gediblər və orada 1 yaş 2 aylıq oğlan uşağının olmasını aşkarlayıblar. Uşaq əməkdaşlar tərəfindən xəstəxanaya çatdırılıb. Ona tibbi yardımlar göstərilib, uşağın sağlamlığında həyatı təhlükə olmadığı məlum olub. Rayon ərazisində fəaliyyət göstərən kafelərin birində çalışan uşağın anası ilə profilaktik söhbətlər aparılıb və sonradan uşaq anasına təhvil verilib", - məlumatda qeyd edilib.

Bizim.Media

Seçilən
34
4
bizim.media

10Mənbələr