Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində kirayə verilmiş mənzildə tək qalan azyaşlı oğlan uşağı aşkarlanıb.
Aznews.az xəbər verir ki, evi kirayə götürən qadın uşağını 3 gün öncə evdə qoyaraq başqa yerə gedib.
Qonşular tərəfindən aşkarlanan uşaq polis tərəfindən xəstəxanaya yerləşdirilib. Ona lazımı tibbi yardım göstərilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan "Report"un sorğusuna cavab olaraq bildirilib ki, vətəndaşlar tərəfindən Tovuz rayon Polis Şöbəsinə kənd ərazisində yerləşən mənzillərin birində valideyni tərəfindən tənha buraxılan azyaşlının olması barədə məlumat daxil olub.