AZ

Rusiyadan REAKSİYA: Minsk qrupu ləğv edilməlidir

ATƏT-in Minsk qrupu (Rusiya, ABŞ və Fransanın həmsədrliyi ilə) bütün institutları ilə beynəlxalq danışıqlar formatı kimi bərpa edilə bilməz.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Onun bütün strukturları, hətta ümumiyyətlə, Minsk konfransı, bu Minsk Qrupu, yüksək səviyyəli planlaşdırma qrupu və Dağlıq Qarabağ nizamlanması üzrə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi sədri vəzifəsindən danışsaq belə, ləğv edilməlidir”, - diplomat vurğulayıb.

O deyib ki, bu məsələ ilə bağlı qərar qəbul etməyin optimal yolu “Bakı və İrəvanın qeyd olunan qurumların ləğvi ilə bağlı birgə təklifidir”.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi xatırladıb ki, 2022-ci ildə Minsk qrupunun amerikalı və fransız həmsədrləri sadəcə olaraq orada fəaliyyətini dayandırıblar.

"Ermənistan, Azərbaycan, Avropa İttifaqı və Fransanın iştirakı ilə keçirilən zirvə toplantısından sonra Ermənistan da Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdı. Bu, 2022-ci il oktyabrın 6-da Praqada oldu. Hər şeyə əlavə olaraq, 2023-cü ilin sentyabrında yerlərdə vəziyyət kəskin şəkildə dəyişdi", - Zaxarova qeyd edib.

Rəsmi Bakı ATƏT-in Minsk qrupunun ləğvinin tərəfdarıdır. Məsələ konsensusla həll edildiyinə görə, formal olaraq bunu Ermənistanın razılığı olmadan etmək mümkün deyil. Rəsmi Bakı bəyan edib ki, əgər Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıyıbsa, Minsk qrupu isə Qarabağ məsələsinin həlli üçün yaradılıbsa, onda onun qalmağına daha ehtiyac yoxdur. Ermənistan tərəfi hələ ki məsələni uzadır.

Seçilən
40
2
bakivaxti.az

10Mənbələr