Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycana 353,8 milyon ABŞdolları dəyərində nəqliyyat vasitələri və onların hissələri idxalolunub.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.
Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü iləmüqayisədə 25,9 milyon ABŞ dolları və ya 7,9% çoxdur.
Belə ki, ötən ilin ilk iki ayında ölkəyə 327,9 milyon ABŞdolları dəyərində nəqliyyat vasitələri və onların hissələri idxaledilmişdi.
Hesabat dövründə sözügedən vasitələrin idxalı ölkənin ümumiidxalında 8,55% paya malik olub.
Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında Azərbaycanınxarici ticarət dövriyyəsinin həcmi 8,9 milyard ABŞ dollarıolub.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə1,7 milyard ABŞ dolları və ya 23,2% çoxdur.
Hesabat dövründə ticarət dövriyyəsinin 4,8 milyard dollarıixracın, 4,1 milyard dolları idxalın payın düşüb ki, bunlar da,illik müqayisədə müvafiq olaraq 13 milyon dollar və ya 0,3% az və1,7 milyard dollar və ya 69,2% çoxdur.
Hesabat dövründə xarici ticarətdə 628 milyon dollarlıq müsbətsaldo yaranıb ki, bu da, illik müqayisədə 1,7 milyard dollar və ya3,7 dəfə azdır.