Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycandan 28,4 milyon ABŞdolları dəyərində 18,6 min ton pambıq ixrac edilib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.
Məlumata əsasən, bu, 2024-cü ilin eyni ayındakı göstərici iləmüqayisədə dəyər ifadəsində 9,8 milyon ABŞ dolları və ya 25,7%,həcm baxımından isə 5,4 min ton və ya 22,4% azdır.
Eyni zamanda hesabat dövründə Azərbaycana 1,6 milyon ABŞ dollarıdəyərində pambıq idxal edilib ki, bu da 2024-cü ilin yanvar-fevralayları ilə müqayisədə 87 min ABŞ dolları və ya 5,6% çoxdur.
Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında Azərbaycanınxarici ticarət dövriyyəsinin həcmi 8,9 milyard ABŞ dollarıolub.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə1,7 milyard ABŞ dolları və ya 23,2% çoxdur.
Hesabat dövründə ticarət dövriyyəsinin 4,8 milyard dollarıixracın, 4,1 milyard dolları idxalın payın düşüb ki, bunlar da,illik müqayisədə müvafiq olaraq 13 milyon dollar və ya 0,3% az və1,7 milyard dollar və ya 69,2% çoxdur.
Hesabat dövründə xarici ticarətdə 628 milyon dollarlıq müsbətsaldo yaranıb ki, bu da, illik müqayisədə 1,7 milyard dollar və ya3,7 dəfə azdır.