AZ

DÇ-2026: İngiltərə millisi Latviyaya qarşı

Futbol üzrə dünya çempionatının (DÇ-2026) Avropa zonası üzrə seçmə mərhələsində bu gün növbəti oyunlar keçiriləcək.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə G, H və K qrupları çərçivəsində ümumilikdə 6 görüş baş tutacaq.

Günün ən erkən oyunu saat 21:00-da Litva və Finlandiya futbolçuları arasında oynanılacaq. Bu qrupun digər oyununda Polşa Maltanı sınağa çəkəcək.

İngiltərə yığması bu gün Latviyanı qəbul edəcək. Qrupun digər oyunu Albaniya və Andorra yığmaları arasında baş tutacaq.

DÇ-2026
Qrup mərhələsi, 2-ci tur
24 mart

G qrupu
21:00. Litva – Finlandiya
23:45. Polşa – Malta

H qrupu
23:45. Bosniya və Herseqovina – Kipr
23:45. San Marino – Rumıniya

K qrupu
23:45. Albaniya – Andorra
23:45. İngiltərə – Latviya

Seçilən
40
15
arena.az

9Mənbələr