2026-cı ildə ABŞ, Kanada və Meksikada təşkil olunacaq futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində bu gün nöbvəti oyunlar keçirilir.
Offsideplus.az xəbər verir ki, təqvimə əsasən, bu gün "Köhnə qitə"də 6 matç gerçəkləşməlidir. Belə ki, G, H və K qruplarında ikinci turun görüşləri oynanılır.
D qrupunda yer alan Azərbaycan milli komandası mübarizəyə bu ilin sentyabrında qoşulacaq.
G qrupu
21:00 Litva - Finlandiya 2:2
23:45 Polşa - Malta
H qrupu
23:45 Bosniya və Herseqovina - Kipr
23:45 San-Marino - Rumıniya
K qrupu
23:45 İngiltərə - Latviya
23:45 Albaniya - Andorra