AZ

Türkiyədə oxuyan azərbaycanlı tələbələrə müraciət: "UZAQ DURUN"

Azərbaycanın Türkiyədəki səfirliyinin Təhsil Müşavirliyi qardaş ölkədə təhsil alan azərbaycanlı tələbələrə Əkrəm İmamoğlunun həbsinə görə keçirilən kütləvi aksiyalara qoşulmamaqla bağlı müraciət edib. 

Demokrat.az xəbər verir ki, bu barədə Müşavirliyin sosial şəbəkə hesabında paylaşım olunub. 

"Hörmətli tələbələr! Təhsil aldığınız universitet və şəhərdə baş tutan aksiyalara qarışmamağınız, bu tip hadisələrin olduğu məkanlardan uzaq durmağınız xahiş olunur!",  - müraciətdə qeyd olunub.
Seçilən
29
15
demokrat.az

10Mənbələr