AZ

İmamoğlunun həbsinə görə aksiyalara qoşulmayın... - Müraciət

Azərbaycanın Türkiyədəki səfirliyinin Təhsil Müşavirliyi qardaş ölkədə təhsil alan azərbaycanlı tələbələrə Əkrəm İmamoğlunun həbsinə görə keçirilən kütləvi aksiyalara qoşulmamaqla bağlı müraciət edib.

XəzərNews.az xəbər verir ki, bu barədə Müşavirliyin sosial şəbəkə hesabında paylaşım olunub.

“Hörmətli tələbələr! Təhsil aldığınız universitet və şəhərdə baş tutan aksiyalara qarışmamağınız, bu tip hadisələrin olduğu məkanlardan uzaq durmağınız xahiş olunur!”,– müraciətdə qeyd olunub.

Xatırladaq ki, bir neçə gündür İstanbul və Ankarada İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun saxlanılması fonunda etiraz aksiyaları keçirilir.

Xəbər 3 dəfə oxunub.
Seçilən
115
15
xezernews.az

10Mənbələr