Demokrat.az Modern.az-a istinadla xəbər verir ki, virusun aşkarlandığı təsərrüfatda əvvəllər qəfəsdə saxlanılan quşlarda quş qripi müəyyən olunub. Mütəmadi yoxlamalar zamanı bir qoyunda da virus aşkarlanıb. Böyük Britaniyanın Ətraf Mühit, Ərzaq və Kənd Təsərrüfatı Departamenti (DEFRA) bildirib ki, bu, İngiltərədə ilk belə hal olsa da, digər ölkələrdə də əvvəllər heyvanlarda quş mənşəli qrip virusları qeydə alınıb.
“Hazırda ölkənin heyvandarlıq təsərrüfatları üçün riskin artdığına dair heç bir sübut yoxdur,” – deyə DEFRA qeyd edib.