AZ

BMT-nin Baş Qərargahında Azərbaycanın humanitar minatəmizləmə fəaliyyəti ilə bağlı sərgi keçirilir

Bakı. Trend:

Martın 24-də Azərbaycan Respublikasının BMT yanında DaimiNümayəndəliyinin təşkilatçılığı ilə BMT-nin Nyu Yorkdakı BaşQərargahında Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinə həsrolunan fotosərgi açılıb.

Daimi Nümayəndəliyindən Trend-ə verilən məlumata görə, sərgi Azərbaycandakıminatəmizləmə işlərinə dair təsirli vizual səyahət təqdim edir.

Eksponatlar arasında Azərbaycan Respublikası MinatəmizləməAgentliyinin (ANAMA) fədakar minatəmizləyicilərinin heyrətamizgörüntüləri, aşkar edilmiş və zərərsizləşdirilmiş partlayıcımaddələr və minalar, habelə minaların və müharibənin partlayıcıqalıqlarının törətdiyi dağıntıların və insan iztirablarının əyanisübutları var. Sərgidə Azərbaycanda aparılan genişmiqyaslıminatəmizləmə işlərinin ətraflı vizual təsviri təqdim olunur,həmçinin minatəmizləyicilərin qəhrəman işləri, minalarlaçirklənmənin faciəvi nəticələri, Azərbaycanın işğaldan azad edilmişərazilərinin bərpası istiqamətində aparılan davamlı səylərişıqlandırılır.

Sərginin məqsədi həm insanlara dəyən zərəri, həm də Azərbaycanınərazisinin 13%-dən çoxunu əhatə edən minalarla çirklənməninmiqyasını nümayiş etməklə, bu sahədə məlumatlılığı artırmaq,beynəlxalq dəstəyi təşviq etmək və minaların və müharibəninpartlayıcı qalıqlarının mövcudluğundan irəli gələn Azərbaycanınüzləşdiyi mürəkkəb problemlərlə bağlı daha geniş kütləninanlayışını gücləndirməkdir. Təkcə 2020-ci ilin noyabr ayından buyana 384 nəfər müharibənin bu təhlükəli qalıqlarının qurbanı olub –onlardan 70 nəfər həyatını itirib, 314 nəfər isə ağır yaralanıb.Ümumilikdə, 1991-ci ildən bəri minalardan zərər çəkən qurbanlarınsayı 3463 nəfərə çatıb.

Sərgi ilə yanaşı, 4 aprel tarixində BMT-nin Baş QərargahındaAzərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyitərəfindən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) iləbirgə “Azərbaycanda humanitar minatəmizləmə fəaliyyəti iləinsanların həyatının xilas edilməsi” adlı brifinq təşkilediləcəkdir. “Minalarla Mübarizəyə Yardım və MinaMaarifləndirilməsi üzrə Beynəlxalq Gün” münasibətilə keçiriləcək bubrifinqdə Azərbaycanın humanitar minatəmizləmə işlərinin vacibaspektlərindən bəhs ediləcək. Brifinqin məqsədi, humanitarminatəmizləmə tədbirlərinin təkcə insan həyatını xilas etmək üçündeyil, həm də Dayanıqlı İnkişaf Məqsədləri üzrə 2030 Gündəliyinənail olmaq yolunda maneələrin aradan qaldırılması istiqamətindəvacibliyinin diqqətə çatdırılmasıdır.

Beynəlxalq diplomatik ictimaiyyətin minlərlə üzvlərinin,həmçinin BMT heyətinin və digər ziyarətçilərin tanış olacağı sərgimartın 24-dən aprelin 4-dək nümayiş olunacaq.

Seçilən
164
8
az.trend.az

4Mənbələr