AZ

Mahaçqalada partlayış – Yaralılar var

Mahaçqalada çoxmərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində iki nəfər xəsarət alıb.

Publika.az xəbər verir ki, bu rəqəmi Respublika Klinik Xəstəxanasının nümayəndələri açıqlayıb.

“Mash” Telegram kanalının məlumatına görə, Mahaçqalada çoxmərtəbəli binada baş verən partlayışdan sonra bir neçə pəncərə sınıb, daşlar həyətdə dayanmış avtomobillərin üzərinə düşüb, 30-a yaxın mənzilə də ziyan dəyib.

Dağıstanda baş verən hadisə martın 25-də səhər saatlarında məlum olub. Partlayışdan sonra evdə yanğın başlayıb. Hadisə yerinə təcili tibbi yardım və tibb işçiləri göndərilib.

Seçilən
123
12
publika.az

9Mənbələr