Azərbaycan millisinin və “Qarabağ”ın sabiq futbolçusu Riçard Almeyda yeni komandası “Primavera”da ilk qolunu vurub.
Msport.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi Braziliya Paulista A2 liqasında “Taubate”yə qarşı yarımfinal mərhələsinin ilk matçında əsas heyətdə meydana çıxıb.
Görüş 2:0 hesabı ilə “Primavera”nın xeyrinə başa çatıb. 32-ci dəqiqədə Almeyda komandasının ilk qoluna imza atıb.
Yarımfinalın cavab oyunu martın 29-da olacaq.