Azərbaycan millisinin və “Qarabağ”ın sabiq futbolçusu Riçard Almeyda yeni komandası “Primavera”da ilk qolunu vurub.
Bizim.Media xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi Braziliya Paulista A2 liqasında yarımfinalın “Taubate”yə qarşı ilk matçında əsas heyətdə meydana çıxıb.
Görüş 2:0 hesabı ilə “Primavera”nın xeyrinə başa çatıb. 32-ci dəqiqədə Almeyda komandasının ilk qoluna imza atıb.
İkinci topu isə rəqib qapısından 85-ci dəqiqədə L.de Xesus keçirib. Yarımfinalın cavab oyunu martın 29-da olacaq.
Bizim.Media