AZ

Ankarada kütləvi yığıncaqların keçirilməsinə qoyulan qadağının müddəti uzadıldı

Ekrem İmamoğlunun saxlanılması ilə əlaqədar olaraq Ankara şəhərində aksiyaların keçirilməsinə qoyulan qadağanın müddəti aprelin 1-nə qədər uzadılıb.

Türkiyə KİV-i xəbər verir ki, bu barədə Ankara şəhər rəhbərliyi məlumat yayıb.

Qeyd olunub ki, qadağa şəhərdə əmin-amanlığın və təhlükəsizliyin təmin edilməsi, ictimai asayişin qorunması və cinayətlərin qarşısının alınması məqsədilə tətbiq edilib.

"Cebheinfo.az" 

Seçilən
120
4
cebheinfo.az

5Mənbələr