Ekrem İmamoğlunun saxlanılması ilə əlaqədar olaraq Ankara şəhərində aksiyaların keçirilməsinə qoyulan qadağanın müddəti aprelin 1-nə qədər uzadılıb.
Moderator.az xəbər verir ki, əvvəlki qadağa martın 25-dək qüvvədə idi.
Bu barədə Ankara şəhər rəhbərliyi məlumat yayıb.
Qeyd olunub ki, qadağa şəhərdə əmin-amanlığın və təhlükəsizliyin təmin edilməsi, ictimai asayişin qorunması və cinayətlərin qarşısının alınması məqsədilə tətbiq edilib