Rusiyalı fiqurlu konkisürən Veronika Jilina növbəti mövsümdən Azərbaycan millisinin heyətində mübarizə aparacaq.
Fanat.Az xəbər verir ki, məlumatı TASS yayıb.
Jilinanın 17 yaşı var və ikiqat Olimpiya çempionu Yevgeni Plyuşenkonun yetirməsidir. İdmançı ötən mövsüm zədə səbəbindən yarışları buraxmaq məcburiyyətində qalıb.
O, 2023-cü ildə gənclər arasında Rusiya çempionatının gümüş mükafatçısı və Qran-pri turnirinin qalibi olub.