Rusiya fiqurlu konkisürən Veronika Jilina növbəti mövsümdən Azərbaycan yığmasının şərəfini qoruyacaq.
TASS-a istinadən xəbər verilir ki, 17 yaşlı Jilina məşhur idmançı Yevgeni Plyuşenkonun tələbəsidir.
Keçən mövsüm Jilina zədə səbəbi ilə yarışlarda iştirak edə bilməyib. O, 2023-cü il Rusiya çempionatının gümüş mükafatçısı və 2023-cü il gənclər arasında Qran-pri finalının qalibidir.
Mənbə: oxu.az