AZ

Nazir rəisi buna görə işdən çıxarıb: Planşet, bahalı viski... - FOTO

13 saylı cəzaçəkmə müəssisəsinin rəisi Çingiz Yunisovun vəzifəsindən azad edilməsinin səbəbi məlum olub.

Bizim.Media "musavat.com"a istinadən xəbər verir ki, Çingiz Yunisov həbsxanada dustağa yaradılan xüsusi şəraitə görə cəzlandırılıb.



Belə ki, xidməti yoxlama zamanı dustaqlardan birindən planşet, qulaqcıq, smart saat, modem aparatı və bahalı viski aşkarlanıb.

Həmin dustaq da məsuliyyətə cəlb edilib və əlavə 5 ay həbs cəzası alıb.

Qeyd edək ki, bu hadisədən sonra Penitensiar Xidmətin rəisi, ədliyyə general-mayoru Mirsaleh Seyidovun təqdimatı əsasında ədliyyə naziri Fərid Əhmədov Penitensiar xidmətin 13 saylı cəzaçəkmə müəssisəsinin rəisi Çingiz Yunisovu vəzifəsindən azad edib.

Çingiz Yunisovun ümumiyyətlə Ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilib.

Bizim.Media

Seçilən
123
19
bizim.media

10Mənbələr