[center][/center]13 saylı cəzaçəkmə müəssisəsinin rəisi Çingiz Yunisovun vəzifəsindən azad edilməsinin səbəbi məlum olub.
Musavat.com-un əldə etdiyi məlumata görə, Çingiz Yusifov həbsxanada dustağa yaradılan xüsusi şəraitə görə cəzlandırılıb.[center][/center]Çingiz Yunisov
Belə ki, xidməti yoxlama zamanı dustaqlardan birindən planşet, qulaqcıq, smart saat, modem aparatı və bahalı viski aşkarlanıb.
Həmin dustaq da məsuliyyətə cəlb edilib və əlavə 5 ay həbs cəzası alıb.
Qeyd edək ki, bu hadisədən sonra Penitensiar Xidmətin rəisi, ədliyyə general-mayoru Mirsaleh Seyidovun təqdimatı əsasında ədliyyə naziri Fərid Əhmədov Penitensiar xidmətin 13 saylı cəzaçəkmə müəssisəsinin rəisi Çingiz Yunisovu vəzifəsindən azad edib.
Çingiz Yunisov ümumiyyətlə Ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilib.