Almaniyanın altı əyalətində genişmiqyaslı antiterror əməliyyatları keçirilib.
reportyor.tv “Bild” qəzetinə istinadən xəbər verir ki, əməliyyatlar çərçivəsində Hessen, Şimali Reyn-Vestfaliya, Bavariya, Baden-Vürttemberq, Meklenburq-Ön Pomeraniya və Reynland-Pfalts əyalətlərində ümumilikdə 19 obyektdə axtarış aparılıb.
Əməliyyatlara Federal Kriminal Polis İdarəsinin (BKA) və yerli polis qüvvələrinin 200-dən çox əməkdaşı cəlb olunub.
Məqsəd “Brigade N‘Hamedu” adlı terrorçu təşkilatın təsisçiləri və üzvləri olduqları ehtimal edilən 17 şübhəlinin saxlanılması olub.
Qeyd edilir ki, bu qrup Eritreyada hökuməti devirmək istəyən beynəlxalq şəbəkələşmiş təşkilat kimi tanınır. Təşkilatın 2022-ci və 2023-cü illərdə Qiesendə, həmçinin 2023-cü ildə Ştutqartda keçirilən Eritreya festivallarında baş verən və xeyli sayda polis əməkdaşının xəsarət alması ilə nəticələnən toqquşmalara görə məsuliyyət daşıdığı bildirilir.